Layihə təklifi al

Layihə təklifi al

Smart Kombi İdarəetmə Sistemi

Smart Home texnologiyası sayəsində artıq kombini əl ilə idarə etməyə ehtiyac yoxdur. Mobil tətbiq vasitəsilə evinizin istiliyini istədiyiniz yerdən tənzimləyə və enerji sərfiyyatına nəzarət edə bilərsiniz.

Normal kombi

Ağıllı kombi idarəetmə sistemi

Smart kombi idarəetmə sistemi
22°C
Qonaq otağı 22°
Yataq otağı 21°
Mətbəx 20°
OFF
Qonaq otağı
Yataq otağı
Mətbəx

Peşəkar Quraşdırma

Bütün quraşdırılma və inteqrasiya işləri ixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilir.

6 Ay Rəsmi Zəmanət

Quraşdırılan sistemlərə 6 ay rəsmi zəmanət verilir və bu müddətdə texniki problemlər pulsuz aradan qaldırılır.

Servis Dəstəyi

Quraşdırmadan sonra da texniki dəstək və operativ servis xidməti tərəfimizdən davamlı şəkildə təmin edilir.

Dağıntısız Quraşdırma

Mövcud elektrik xəttinə zərər vermədən və divar dağıtmadan smart sistem inteqrasiyası həyata keçirilir.

Ev üzərində sistemləri yoxlayın
Heç bir divar dağıdılmadan smart sistem inteqrasiyası həyata keçirilir.
Aktiv sistemlər:

Klassik Sistem

Ağıllı ev

Xidmətlər

Peşəkar və Smart Təhlükəsizlik Həlləri

cctv

Quraşdırma

Maksimum təhlükəsizlik və geniş əhatə dairəsi təmin etmək üçün kameraların strateji yerlərdə düzgün quraşdırılması. Mütəxəssislərimiz optimal yerləşdirməni planlaşdırır və həyata keçirir.

Dizayn

Tələblərinizə uyğun fərdi təhlükəsizlik sisteminin planlaşdırılması. Məkanınız analiz edilir və sizə ən effektiv smart həll təqdim olunur.

Texniki baxım

Kamera sistemlərinin fasiləsiz və stabil işləməsi üçün mütəmadi yoxlama, yenilənmə və texniki xidmət.

Monitorinq

24/7 real vaxt rejimində peşəkar nəzarət və ya avtomatik izləmə sistemi ilə təhlükəsizliyin davamlı təmin olunması.

Niyə biz ?

Güclü Nəzarət,
Tam Təhlükəsizlik

Years of Experience
0

Brendlər

Ağıllı ev Sistemində İstifadə Olunan Avadanlıqlar

Evinizin daha rahat, təhlükəsiz və enerjiyə qənaətli olması üçün ən müasir texnologiyalarından istifadə edirik. Bütün cihazlar bir mobil tətbiq vasitəsilə idarə olunur və 24/7 texniki dəstək təqdim edilir.

İsveçrə istehsalı olan daxili sensor otaq temperaturu və rütubətinin dəqiq ölçülməsini təmin edir.

Radiator termostatı evinizdə temperaturu ağıllı şəkildə idarə etməyə imkan verir və enerji sərfiyyatını azaltmağa kömək edir.

Homi hərəkət sensoru kiçik bir cihazda həm hərəkət, həm də işıq aşkarlama funksiyalarını birləşdirir - beləliklə eviniz lazım olan anda avtomatik reaksiya verir.

Ağıllı ev sistemlərində hərəkəti, insan mövcudluğunu, temperaturu və rütubəti aşkar etmək üçün istifadə olunur. 

Mini Tuya ZigBee 3.0 Smart Switch Modulu adi açarları ağıllı açara çevirmək üçün istifadə olunur. Smart Life tətbiqi ilə telefondan idarə edilir və Google Home və Amazon Alexa ilə səsli nəzarəti dəstəkləyir.

Tuya 16A WiFi Smart Switch elektrik cihazlarını uzaqdan idarə etməyə imkan verən ağıllı açardır. Smart Life tətbiqi vasitəsilə telefondan nəzarət edilə bilir və Google Home və Amazon Alexa ilə səsli idarəni dəstəkləyir.

Smart Life Zigbee Su Sızma Sensoru evdə su sızmasını aşkar edərək dərhal xəbərdarlıq göndərən ağıllı cihazdır. Zigbee vasitəsilə Smart Life tətbiqinə qoşulur və su basmasının qarşısını almaq üçün avtomatik bildiriş verir.

Sonoff Zigbee Plus-E USB Dongle kompüter və ya smart home hub-a qoşularaq Zigbee cihazlarını idarə etməyə imkan verən USB adapterdir. Ağıllı ev cihazlarını mərkəzləşdirilmiş şəkildə idarə etmək üçün istifadə olunur.

Schneider Electric AvatarOn C 2-Gang Switch – 16AX, 250V gərginlik üçün nəzərdə tutulmuş, ev və ofislərdə istifadə üçün ağ rəngli keyfiyyətli açardır. Dayanıqlı və etibarlı dizaynı ilə rahat idarəetmə təmin edir.

Home Assistant Connect ZBT‑2 USB adapteri Zigbee və Thread protokollarını dəstəkləyir. Smart home cihazlarını Home Assistant platformasında mərkəzləşdirilmiş şəkildə idarə etməyə imkan verir.

TUYA Smart WiFi Circuit Breaker ev və ofisdəki elektrik dövrələrini uzaqdan idarə etməyə imkan verən ağıllı açar qoruyucudur. Smart Life tətbiqi vasitəsilə WiFi ilə nəzarət edilə, həmçinin smart home sistemlərinə inteqrasiya oluna bilər.

Sualın var ?
Ağıllı ev sistemi nədir?

Ağıllı ev sistemi evdə olan müxtəlif cihazların – işıqlandırma, kombi, kondisioner, təhlükəsizlik kameraları və digər avadanlıqların bir mobil tətbiq vasitəsilə idarə olunmasını təmin edən ağıllı texnologiyadır.

Ağıllı ev sistemi ilə hansı cihazları idarə etmək mümkündür?

Ağıllı ev sistemi vasitəsilə evdəki bir çox cihazı idarə etmək mümkündür. Bunlara işıqlar, kombi və istilik sistemi, kondisioner, təhlükəsizlik kameraları, qapı kilidləri, sensorlar və digər elektron avadanlıqlar daxildir.

Bütün cihazları bir tətbiqdən idarə etmək mümkündür?

Bəli. Ağıllı ev sistemində bütün avadanlıqlar bir mobil tətbiqdə birləşdirilir və istifadəçi bütün cihazları bir platformadan rahat şəkildə idarə edə bilir.

Evdə olmadığım zaman sistemi idarə edə bilərəm?

Bəli. İnternet bağlantısı olduğu halda dünyanın istənilən nöqtəsindən mobil tətbiq vasitəsilə evdəki cihazları idarə etmək mümkündür.

Ağıllı ev sistemi enerji qənaətinə kömək edirmi?

Bəli. Ağıllı idarəetmə sistemi cihazların yalnız lazım olduğu zaman işləməsini təmin edir və bunun sayəsində elektrik və qaz sərfiyyatında qənaət əldə etmək mümkündür.

Ağıllı ev sisteminin quraşdırılması çətin və dağıntılıdır?

Xeyr. Quraşdırılma peşəkar mütəxəssislər tərəfindən dağıntısız həyata keçirilir. 

Texniki dəstək mövcuddurmu?

Bəli. Müştərilər üçün 24/7 texniki dəstək xidməti təqdim olunur. Hər hansı problem yarandıqda komandamız sizə operativ şəkildə kömək edir.

Ağıllı ev sistemi təhlükəsizdirmi?

Bəli. Sistem müasir təhlükəsizlik protokolları ilə qorunur və istifadəçilərin məlumatlarının təhlükəsizliyi təmin edilir.

Ağıllı ev sistemi sonradan genişləndirilə bilərmi?

Bəli. İstədiyiniz zaman sistemə yeni cihazlar və funksiyalar əlavə etmək mümkündür.

Ağıllı ev sistemi üçün xüsusi texniki bilik lazımdırmı?

Xeyr. Mobil tətbiq çox sadə və istifadəçi dostu interfeysə malikdir və hər kəs rahatlıqla istifadə edə bilər.